Rus saytlarının yazdığına görə, Ukrayna iqtisadiyyatı dəniz ixracının dayandırılması səbəbindən kritik zərbə gözləyir. Bu açıqlama ilə Ukraynanın maliyyə naziri Sergey Marçenko çıxış edib. Onun sözlərinə görə, Kiyev üçün Moskva ilə uzun sürən münaqişəyə dözmək çox çətin olacaq.
“Ukraynada xüsusi əməliyyata görə bütün dəniz ixracının dayandırılması ölkə iqtisadiyyatına kritik zərbə olacaq. Xüsusi əməliyyat daha üç-dörd ay uzanarsa, ağrılı tədbirlər tələb olunacaq. Bu, böyük vergi artımları və kəskin xərclərin azaldılması ola bilər”.
SİA xəbər verir ki, bunu Britaniyanın “The Economist” jurnalı ukraynalı nazirin sözlərinə istinadən yazıb.
Proqnozlara görə, 2022-ci ildə Ukraynanın ÜDM-i 45 faiz azalacaq.
“Hər ay hərbi əməliyyatlar Ukraynaya tükənmiş ÜDM-nin təxminən beş faizinə başa gəlir”.
Rusların yazdığına görə, bunu da Marçenko deyib.
Marçenko daha əvvəl bildirmişdi ki, Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukraynanın hərbi ehtiyacları üçün xərcləri 8 milyard dolları keçib.
Fevralın 24-dən etibarən Rusiya Federasiyasının Ukrayna ərazisində ölkənin demilitarizasiyası üçün xüsusi əməliyyat keçirilir. Onun gedişində Rusiya silahlı qüvvələri Ukrayna Silahlı Qüvvələrinin və milli batalyonlarının hərbi infrastruktur obyektlərinin, texnika və silahlarının məhv edilməsi üzrə tapşırıqları yerinə yetirir.
Ali Radanın keçmiş deputatının sözlərinə görə, Avropa İttifaqından Ukraynaya hərbi dəstək olmadıqda, Kiyevin kapitulyasiyası mayın 15-dən başlayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB