Portuqaliyanın Alqarve bölgəsində rusiyalı oliqarx Roman Abramoviçin 10 milyon avroluq evinə həbs qoyulub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Público” qəzeti məlumat yayıb.
Beləliklə, nəşrin məlumatına görə, Rusiyanın Ukraynadakı genişmiqyaslı işğalından iki həftə əvvəl Abramoviç bu əmlakı satmağa cəhd edib, lakin Portuqaliyanın “Caixa Geral de Depósitos” dövlət bank korporasiyası bu barədə polisə məlumat verib.
...Və Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Roman Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalmışdı. Onun aktivləri, o cümlədən Londonun “Çelsi” futbol klubu dondurulub. Daha sonra Abramoviç klubu amerikalı iş adamları Todd Boeli və Mark Uolter, isveçrəli milyarder Hansyorg Biss və “Clearlake Capital” investisiya şirkətinin daxil olduğu konsorsiuma satmaq üçün müqavilə imzaladı.
Aprelin ortalarında Britaniyanın Cersi adasının məhkəməsi Abramoviçlə bağlı ümumi məbləği 7,3 milyard dollar olan aktivləri dondurub.Bu, rusiyalı oliqarxın 13,9 milyard dollar dəyərində qiymətləndirilən sərvətinin yarısından çoxdur. Bundan başqa, Fransa hakimiyyəti Abramoviçin Rivieradakı 120 milyon dollarlıq malikanəsini müsadirə edib.Daily Mail-in məlumatına görə, bu, Abramoviçdən müsadirə edilən 12 fransız iqamətgahından biridir.
Bununla belə, rusiyalı milyarder həbs təhlükəsi altında olan iki lüks yaxtanı Avropa İttifaqının hüdudlarından kənara apara bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB