Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili heç bir halda xaricə buraxılmayacaq. SİA xəbər verir ki, bunu bu gün hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Saakaşvilinin müalicə üçün Gürcüstanı tərk etməsi ilə bağlı çağırışlara cavab verərkən deyib.
“Nə saxtakarlıq etmək, nə özünə zərər vurmaq, nə də buna bənzər hər hansı bir şey Saakaşvilini xaricə köçürmək, nəinki ev dustaqlığına çəkmək üçün əsas olmayacaq”.
Bunu da Kobaxidze deyib.
Siyasətçi vurğulayıb ki, Gürcüstanda ayrı-seçkilik qadağandır və bu, Saakaşvili ilə digər məhkumlarla eyni rəftarın olması deməkdir: “Penitensiar müəssisələrə baxsanız, yəqin ki, səhhətində daha ciddi problemləri olan yüzlərlə məhbus tapa bilərsiniz, lakin heç bir halda xaricdə müalicə olunmaqdan söhbət gedə bilməz, çünki bu, absurddur”.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyi məhkumun bütün cəza müddəti ərzində Gürcüstanda qalmasını tələb edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB