Doğrudan da “çəkiləsi dərd deyil”...
Deməli, Rusiya-Ukrayna müharibəsi başlayandan bir müddət sonra ruslar “Özününkünü axtar” adlı bir layihə yaradıblar.
Qeyd edək ki, bu layihə Rusiya-Ukrayna müharibəsində Rusiya Federasiyası ordusunun əsir düşən və ya ölən əsgərlərinin şəxsiyyətini müəyyənləşdirmək üçün yaradılan onlayn bir layihədir.
Təbii ki, bunlar öz yerində, gözəl təşəbbüsdür, bizdə necə deyərlər... “Allah köməkləri olsun!”.
Amma burada maraqlısı bilirsiniz nədir? Deyim ki, bu barədə layihənin yaradıcılarından biri olan Vladimir Zolkin danışır.
...Beləliklə, adətən əsir düşmüş rus əsgərlərini sorğu-suallarının əks olunduğu videoda bu vaxta qədər niyə “kadırovçuların” olmadığı məlum olub.
Belə ki, Zolkinin də dediyinə görə, Rusiya Federasiyası Çeçenistandan olan hərbçiləri qoruyur, ona görə də onlar əsir düşəndən dərhal sonra onları mübadilə etməyə “tələsir”.
Zolkinin dediyinə görə, ...amma Rusiya Federasiyası əsir düşən və ya ölüb hansısa kolun dibində qurd quşa “yem olan” öz əsgərini, yəni rusu həftələrlə, hətta aylarla “itiırib-axtarmır”.
Yeri gəlmişkən, Zolkin maraqlı bir açıqlama ilə də çıxış edir. Belə ki, onun dediyinə görə, guya Ukrayna hərbçiləri əsir götürdükləri “kadırovçu”ları öz aralarında... məzə üçün “cekpot” adlandırırlar. Çünki bilirlər, Rusiya tərəfi “kadırovçu”nun qaytarılması üçün onların bütün şərtlərinə razılıq verəcək.
...Amma əsir düşən ruslarla bağlı vəziyyət tamam başqadır. Zolkinə görə, Rusiya Federasiyası öz vətəndaşlarına əhəmiyyət vermir, necə deyərlər...”canı cəhənnəmə”. Çox vaxt əsir düşən rus əskərlərini “itkin düşmüş” elan edirlər. Hətta onların dəyişdirilməsində də elə maraq göstərmirlər. Və bəzən onları heç dəyişdirməyə də çalışmırlar.
...Ölməyəcəklərsə, qoy gözləsinlər: burada özləri, Rusiyada isə anaları və ya da arvadları...
Zolkin əsirlikdən azad edilən azsaylı rus əsgərlərinin dediklərinə istinad edərək bildirir ki, onlar əsirlikdə olarkən “kadırovçuları” çox nadir hallarda görürmüşlər, çünki onları tez dəyişdirirdilər.
Qeyd edək ki, Zolkin burada maraqlı bir həqiqəti etiraf edərək bildirir ki, “...baş verənlər ölkələrinin onlara heç də ehtiyacı olmadığını başa düşən rus hərbçilərini çətin ki, sevindirsin”.
...Siz də deyirsiniz ki, Ramzan Kadırov, nə bilim, “filan-beşməkan”...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB