Türkiyə “Yavuz” özüyeriyən artilleriyanın ixracına hazırlaşır

Türkiyə “Yavuz” özüyeriyən artilleriyanın ixracına hazırlaşır

Türkiyənin müdafiə şirkəti MKE AŞ NATO standartlarına cavab verən “Yavuz” özüyeriyən artilleriya sistemlərinin ixracına hazırlaşır.

Modifikasiya edilmiş yük avtomibilinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib. Sistemin atəşə hazırlanması təxminən bir dəqiqə, mövqelərin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Maksimal sürət 90 km/saatdır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, MKE AŞ-dan "Anadolu"ya verilən məlumata görə, atış məsafəsinin ikiqat artırılması istiqamətində işlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə