Türkiyə, Finlandiya və İsveç xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Ann Linde "Twitter"də bildirib.
"Finlandiyalı həmkarım Pekka Haavisto və türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə mühüm görüşümüz baş tutdu. Biz təhlükəsizlik vəziyyətinin pisləşməsini və NATO-nun açıq qapı siyasətini müzakirə etdik", nazir Linde bildirib.
Qeyd edək ki, Türkiyə xalqı Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşıdır və hökumətdən bu prosesi əngəlləməyi xahiş edir. Bunu Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi. Səbəbini də göstərmişdi: bu iki dövlətin PKK terrorçu təşkilata göstərdiyi dəstək.
...Görən,üçtərəfli görüşdə bu dövlətlər bunu etiraf edəcəklərmi?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB