Gürcüstanın Avropaya inteqrasiya məsələsi müzakirə ediləcək

Gürcüstanın Avropaya inteqrasiya məsələsi müzakirə ediləcək

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 16-18 may tarixlərində Brüsselə səfər edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Aİ ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək. Görüşdə ölkənin Avropaya inteqrasiyası və Avropa Komissiyasının sorğusuna cavabı müzakirə olunacaq.

Görüşlərdə həmçinin təhlükəsizlik və regional məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqına namizədlik statusu almaq üçün müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə