“ABŞ Ukraynaya görə müflis olacaq...”

“ABŞ Ukraynaya görə müflis olacaq...”

...Necə deyrlər..axtaran, tapar, budur rusların “nəfinə” danışan bir konqresmen də peyda olub.

Beləliklə, Respublikaçı konqresmen İvette Herrell ötən gün sosial şəbəkədə ABŞ-ın Rusiyaya qarşı Ukraynaya həddindən artıq dəstəyi səbəbindən ölkəsinin iflasa uğraması ilə bağlı bəyanat yayıb.

“Mən prezident Baydenin amerikalı ailələrdən 40 milyard dollar alıb, onun necə xərclənəcəyini bilmədən xaricə göndərməsini heç cür rahatlıqla dəstəkləyə bilmərəm”.
Qeyd edim ki, SİA bu fikirləri rus saytlarından iqtibas edib.

“...Konqres dünyanın o tayındakı döyüşləri dəstəkləmək üçün amerikalılara vergilər göndərməməlidir, xüsusən də ABŞ-da cinayətlərin, inflyasiya və narkomaniyanın sayı artır”-deyən İvette Herrell xatırladıb ki, “...əlavə xarici xərclərə görə müflisləşmədən əvvəl biz bu ciddi problemləri vətənimizdə həll etməliyik”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə