Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir

Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətindəki İİzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb. Buna səbəb Ukrayna qoşunlarınınəks hücuma keçməsi göstərilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Borovsk kənd şurası məlumat yayıb.

Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, – məlumatda deyilir.

"İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz orada əks-hücum əməliyyatına başlayıb. Düşmən bəzi ərazilərdə geri çəkilir - bu, Silahlı Qüvvələrimizin xarakterinin nəticəsidir" Bunu Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə