"...Prinsipcə, səfirliyimiz düşmən mühitdə fəaliyyət göstərir. Diplomatik missiyamızın yaxınlığında hər gün Rusiya əleyhinə aksiyalar keçirilir. Xuliqanlıq, vandalizm aktları var. Yoldaşlarım, səfirliyin əməkdaşları fiziki zorakılıq da daxil olmaqla hədələr alırlar”.
Qeyd edək ki, bunu “Solovyov Live”in efirində danışan Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov bildirib. O iddia edir ki, ABŞ kəşfiyyat orqanları rus diplomatlarını xəyanətə sövq etməyə çalışırlar\
SİA rus saytlarına istinadən xəbər verir ki, səfir, həmçinin ABŞ kəşfiyyatı rəsmilərinin “Rusiya səfirliyi ətrafında manipulyasiya cəhdi etdiklərini də gizlətməyib. Onun dediyinə görə, FTB və CIA telefon nömrələrini paylayıb, onlara əlaqə və əməkdaşlıq qurmaq üçün zəng etməyə çağırış edirlər.
“...Mobil telefonlara ünvanlı poçt göndərişləri, xüsusi xidmətlərin ünvanları olan elanlar və bu müraciətlərə cavab vermək üçün dəvətlər daxil olur. Dəhşət odur ki, mənim hörmət etdiyim və biliklərinə görə yüksək qiymət verdiyim tanınmış siyasətçilər Amerikanın əsas mediasında rus diplomatları və hərbçiləri qondarma demokratiya tərəfinə keçməyə çağırışlar edirlər. Əslində, amerikalılar bununla yoldaşlarımı xəyanətə sövq edirlər ki, bu, istənilən ölkədə iyrənc hərəkət kimi qəbul edilir”. Qeyd edim ki, bunu da Antonov bildirib.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət bundan əvvəl “xarici ölkələr rus diplomatları arasında xain tapa bilmədi”-deyə bildirib.
...Amma, hələ ki, nə bilmək olar?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB