Mən Ukraynaya çox rəğbət bəsləyirəm və onun uğur qazanmasını arzulayıram, lakin bunun ölkəmizin iflası bahasına başa gəlmsini istəmirəm”.
SİA xəbər verir ki, bunu rus saytlarının dərc etdikləri materiallarda böyük rəğbət bəsləməyə başladıqları amerikalı respublikaçı senatoru Rend Pol bildirib.
RİA Novosti xəbər verir ki, bundan əvvəl senator Ukraynaya yardım üçün vəsaitlərin xərclənməsinə nəzarətin gücləndirilməsini nəzərdə tutan düzəliş təklif edərək Konqresə təqdim edilmiş qanun layihəsi ilə razılaşmayıb. Lakin Senat çoxluğunun lideri Çak Şumer bu təklifi rədd edib.
Paul isə guya “40 milyardın hara getdiyini bilmədən küləyə atmaq məsuliyyətsizlikdir”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB