ABŞ-ın “müharibə”də iştirakı “faş olub”?.

ABŞ Nümayəndələr Palatasındakı Demokratik çoxluğun lideri Steni Hoyer prezident Cozef Baydeni “müharibə şəraitində” tənqid etməməyə çağırıb.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Respublikaçı Stiven Skalislə artan qaz qiymətləri və neft hasilatı ilə bağlı debatda Hoyer debatın “tezliklə bitməli” olduğunu deyib. Bununla yanaşı, o, hazırda “diqqəti düşmənə yönəltməyə” çağırıb.

“...Mən başa düşürəm ki, bizdə siyasət var, lakin unutmaq lazım deyil ki, biz müharibə şəraitindəyik”.

...İndi ruslar sual edirlər: Bəs bu necə olur ki, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynada Rusiya ilə müharibə aparmadığını bildirir.

O, “...aydındır ki, bu, Ukraynanın döyüşüdür”-deyir .

Əslində ruslara görə, Ukraynadakı vəziyyət Rusiya ilə NATO arasında gizli münaqişə deyil. Amma Pentaqon rəhbəri bunu sadəcə olaraq, digər ölkələrin Kiyevə köməyi kimi təqdim edir.

Qeyd edək ki, Moskva, öz növbəsində, Qərbin Ukraynada Rusiyaya qarşı proksi müharibədə iştirak etdiyini bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...