Egey dənizində “Dəniz Aslanı 2022” hərbi təlimi

Egey dənizinin beynəlxalq sularında “Dəniz Aslanı 2022” (Sea Lion 2022) Axtarış və Xilasetmə Hərbi Təlimi davam edir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Hərbi manevr Türkiyə Axtarış və Xilasetmə Təşkilatı və Şimali Kipr Türk Respublikası Təhlükəsizlik Qüvvələri Komandanlığının hərbi və mülki komandalarının iştirakı ilə təşkil olunub.

19 ölkədən 27-si xarici olmaqla 47 müşahidəçinin qatıldığı təlimdə iki ssenari icra edilib. Birinci ssenaridə Türkiyə Axtarış və Xilasetmə Bölgəsində batmaqda olan ticarət gəmisindən qəza siqnalı alındıqdan sonra, ikincidə isə qəza siqnalı alan və mühərriki yanan sərnişin gəmisindən sağ qalanlar qurtarılıb.

Hərbi təlimdə Şimali Kipr Türk Respublikasından 7 helikopter, nəqliyyat və döyüş də daxil olmaqla 5 təyyarə, 1 freqat, 2 korvet, 8 kater, 1 qayıq və Şimali Kipr Təhlükəsizlik Qüvvələri Komandanlığının axtarış-xilasetmə üzrə ixtisaslaşmış heyəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə