Axşam çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski əmin etdi ki, Ukraynanın prioriteti müharibənin daha qısa olması üçün hər gün işləməkdir...
SİA xəbər verir ki, bu barədə “UNN” məlumat yayıb.
“...Əslində bu gün heç kim bu müharibənin nə qədər davam edəcəyini proqnozlaşdıra bilməz. Amma biz hər şeyi edirik ki, torpağımızı tez bir zamanda azad edək. Bu, bizim prioritetimizdir - müharibənin daha qısa olması üçün hər gün işləmək”. Zelenski bunu xalqa etdiyi müraciətində bildirib.
Prezident təəssüflə də olsa bunun təkcə ukraynalılardan asılı olmadığını etiraf edib: “...Bu, həm də tərəfdaşlarımızdan asılıdır. Avropa ölkələrindən, bütün azad dünya ölkələrindən”.
Prezident Vladimir Zelenski Ukraynanın Krımı heç vaxt Rusiya Federasiyasının bir hissəsi kimi tanımayacağına da xalqını əmin edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB