Kiyevin bir milyon sakini səfərbər olunacaq

Ukrayna Kiyevdə bir milyon insanı səfərbər etmək istəyir.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb.

“Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib.

“Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...