“ABŞ əməkdaşlıq adı altında Çinlə odla oynamasın”

ABŞ-ASEAN Xüsusi Zirvə Toplantısından başlanmazdan əvvəl Çin Vaşinqtonda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) başçıları ilə ABŞ prezidenti Co Baydenə belə bir xəbərdarlıq göndərib...

ABŞ və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin başçıları Ağ Evdə keçirilən ABŞ-ASEAN Xüsusi Zirvə Toplantısı üçün bir araya gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, Ağ Evin həyətində ASEAN-a üzv ölkələrin başçıları şəkil çəkdirib, sonra birgə nahar ediblər.

Ağ Ev sözügedən sammit çərçivəsində ABŞ və ASEAN-a üzv ölkələr arasında xüsusilə iqlim, inkişaf, təhsil, dənizçilik sahəsində əməkdaşlıq və qlobal sağlıq təhlükəsizliyi məsələlərinin müzakirə ediləcəyini bildirib.

ABŞ-ASEAN Xüsusi Zirvə Toplantısından başlanmazdan əvvəl Çin Vaşinqtonda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının başçıları ilə ABŞ prezidenti Co Baydenə belə bir xəbərdarlıq göndərib: “ABŞ “əməkdaşlıq” adı altında başqalarını tərəf seçməyə məcbur etməkdən və Çinin əsas maraqlarına toxunan məsələlərdə odla oynamaqdan çəkinməlidir”.

Qeyd edək ki, Malayziya, İndoneziya, Myanma, Bruney, Kamboca, Laos, Filippin, Sinqapur, Tayland və Vyetnamdan ibarət ASEAN region ölkələrinin iqtisadi, siyasi, təhlükəsizlik və sosial-mədəni əməkdaşlığını dəstəkləmək üçün 8 avqust 1967-ci ildə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə