ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında söhbət Amerika tərəfinin xahişi ilə baş tutub və təxminən bir saat davam edib.
SİA-nın əldə etdiyi məlumata görə, “Reuters”un adını açıqlamayan əməkdaşı xəbəri “ABŞ rəsmisinə” istinadən yayıb
Maraqlıdır ki, rəsmi söhbətin tonunu “peşəkar” adlandırıb. Bununla belə, dialoq Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətlərində “heç bir məsələni həll etməyib və dəyişikliklərə gətirib çıxaracağı da güman edilmir”.
Beləliklə, mayın 13-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin son üç ayda ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ naziri Ukraynada dərhal atəşkəs əldə etməyə çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.
Kirbi onu da qeyd edib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Ostin bir neçə dəfə Şoyqu ilə əlaqə saxlamağa cəhd edib, lakin Rusiya tərəfi söhbətə maraq göstərməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB