"Finlandiyanın NATO-ya üzvlüyünə müsbət baxmağımız qeyri-mümkündür"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

"Təəssüf ki, Skandinaviya ölkələri eynilə terror təşkilatları üçün qonaq evləri kimidir. Ona görə də bizim buna müsbət baxmağımız mümkün deyil".

SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Ərdoğan Finlandiyanın NATO-ya üzvlük prosesinə toxunaraq deyib ki, hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Ancaq müsbət münasibətimiz yoxdur. Əvvəllər bizdən əvvəlki administrasiyalar Yunanıstanla bağlı NATO mövzusunda səhvlərə yol verdilər. Yunanıstanın NATO-nu arxasına götürərək Türkiyəyə mövqeyini bilirsiniz. Türkiyə olaraq bu mövzuda ikinci səhv etmək istəmirik. Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKPC də onların parlamentlərində yer alır. Ona görə də bizim buna (Finlandiyanın NATO-ya üzvlük prosesinə) müsbət baxmağımız mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə