...Bu gün bəzi həmkarları “and-aman edirlər” ki, guya Nikol Ermənistanın xarici siyasət vektorunu artıq Qərbə doğru yönəldir, amma mən əminliklə deyirəm ki, bu yalandır. Əslində isə o ölkənin xarici siyasət vektorunu Qərbə yox, Türkiyəyə doğru dəyişir.
Deyim ki, bu barədə Serjik Sarkisyanın rəhbəri olduğu partiyanın mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.
Şarmazanovun dediyinə görə, guya son günlər Nikolun qeyri-parlament “müştəriləri” Rusiya əleyhinə “yersiz” bəyanatlar verməyə başlayıblar. Amma bütün bunlara susqunluq nümayiş etdirən Nikol Paşinyan isə Rusiyaya “düşmən” olan bir ölkəyə - Niderlanda səfərə gedir.
Şarmazanov sabiq səlahiyyətli kimi, bəyan edərək bildirir ki, “...mən həmişə demişəm və indi də deyirəm, Ermənistan ən yaxın müttəfiqi olan Rusiya ilə siyasi, iqtisadi, təhlükəsizlik münasibətlərini həmişə gücləndirməlidir”.
Bilirsiniz niyə? Şarmazanov bunun da cavabını verir: “...çünki Qarşı tərəfdə Türkiyə var... Buna görə də, NATO-nun intriqalarında iştirak edib, bununla da Ermənistanı birbaşa Türkiyənin təsiri altına salmaq istəyiniz yetər”.
Deyim ki, Şarmazanova görə “...bunun qarşısını almaq üçün yeganə yol Nikolu hakimiyyətdən uzaqlaşdırmaqdır”.
Amma necə? Bu gün Şarmazanovun ətrafında olan bir-neçə “gədə-güdə” istisna olmaqla, ölkədəki əksər ermənilərin Nikol Paşinyana dəstək verdikləri göz önündədir axı. Təbii ki, bunu təkcə Şarmazanov yox, onunla birlikdə İrəvandakı “küçə harayçıları” da yaxşı bilirlər.
Məsələn, İrəvanın küçə yürüşlərinin ilk “təşkilat və təbliğatçı”larından biri olduğunu iddia edən Artur Vanetsyan da gücsüzküklərini başa düşsə də amma özünü o yerə qoymayıbn yürüşü“profilini” dəyişmək istədikləri barədə düşündüyünü bildirir. Amma necə?
Vanetsyan deyir ki, “...əgər bu gün biz gedib hökumətin və ya parlamentin binasını zəbt etsək, bu, bizə nə verəcək? Əlbəttə ki, heç nə...amma hakimiyyətə hərəkatın liderlərini, “çoxsaylı yürüşçüləri”, saxlamağa və ümumiyyətlə hərəkatı dayandırmağa imkan verəcək”.
Maraqlıdır ki, buna baxmayaraq, sabiq “nikolçu” Vanetsyan da Şarmazanov kimi nəyəsə ümid edir və bunu hətta gizlətməyib “...kritik məqamın yetişdiyini, belə bir addıma əl atmağın lazım olduğunu anlayanda biz buna əl atacağıq” deyir.
O da maraqlıdır ki, Vanetsyanın ehtimalına görə, artıq ölkədə vəziyyət dəyişib və guya ermənilərin demək olar ki,100 faizi Nikolun getməsi ilə bağlı “razılığa” gəliblər.
Nikol Paşinyanın mümkün istefasından sonra formalaşacaq hökumətin tərkibinə, baş nazir postuna namizəd məsələsinə gəlincə isə, Vanetsyan bir qədər tərəddüdlə də olsa,.. ölkədə xeyli peşəkar, öz sahələri üzrə yaxşı mütəxəssislər olduğunu deyir.
Bu arada qeyd edim ki, ötən küçə yürüşlərinin birində “Daşnaksütyun”un Ermənistandakı “səlahiyyətli”si İşxan Saqatelyanın “...bu hərəkatın lideri yoxdur, ümummilli hərəkatdır” deməsi Vanetsyanı elə də qane etməyib.
...Təbii ki, etməməlidir. Bəs, onda belə “möhtəşəm” küçə yürüşünün ilk “təşkilat və təbliğatçısı” kimi Artur Vanetsyan kimdir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB