Gürcüstanın Baş nazir İrakli Qaribaşvili bildirib ki, təmsil etdiyi hökumətin Rusiya ilə hərbi münaqişəyə imkan verməyəcəyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“..Xalqımız artıq Rusiya Federasiyası ilə vuruşub və bu baxımdan min bir bəla yaşadıq. 2008-ci ilin avqust müharibəsinin nəticələri bizə dağıdıcı nəticələr verdi. Ona görə biz əhaliyə zəmanət veririk ki, daha ölkəmizdə müharibə olmayacaq”, -deyə baş nazir bildirib.
Qaribaşvili Ukraynadakı vəziyyətlə bağlı ölkədə “ikinci cəbhə” olmayacağını da bildirib. Onun dediyinə görə, təmsil etdiyi hakimiyyət buna imkan verməməyə çalışacaq:
“...Biz əlimizdən gələni edərərk əhalinin uzunmüddətli əmin-amanlığına zəmanət veririk. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq. Əksinə, inkişaf, quruculuq və əmin-amanlıq olacaq”. Bunu da Gürcüstanın baş naziri bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB