İngilislər "dayanmaq" istəmirlər..?

Putinin bütün əsabələrinə “ingilis sanksiyaları” tətbiq edilib
İngilislər "dayanmaq" istəmirlər..?

Britaniya Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilaya (...ayə, ayə...bu Lyudmila “yazığın” nə günahı?) eləcə də onun bir neçə qohumuna qarşı sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.

Sanksiyalar arasında dövlət başçısının əmisi oğlu biznesmen İqor Putin, “Sogaz” sığorta şirkətinin idarə heyətinin sədr müavini Mixail Putin və “MRT Group of Companies” MMC-nin direktorlar şurasının sədri Roman Putin də var.

Bundan əlavə, bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabaeva və onun nənəsi Anna Zatsepilina barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Bundan başqa iş adamları Mixail Şelomov və Aleksandr Plexova, “Sogaz”ın Direktorlar Şurasının üzvü Mixail Klışinə, Gelendjik Dəniz Limanı OOO-nun baş direktoru Vladimir Kolbinə, “Qazfond” NPF prezidenti Yuri Şamalov, hüquqşünas Viktor Xmarinə də “ingilis sanksiyaları” tətbiq edilib.

Yeri gəlmişkən, TASS xəbər verir ki, siyahıda adı sadalananların Böyük Britaniya ərazisinə girişi qadağan edilib və onların aktivləri, aşkar edilərsə, dondurulacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə