Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayid əl-Nahayan vəfat edib. SİA-nın məlumatına görə, bu barədə BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi bildirib.
Qeyd olunub ki, Xəlifə əl-Nahayan 73 yaşında vəfat edib.
Ölkədə 40 gün davam edəcək milli matəm elan olunub. Bu müddət ərzində dövlət bayraqları endiriləcək. Üç gün müddətində bütün nazirliklər, dövlət qurumları və özəl müəssisələri bağlı qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB