Ağ Evin yeni mətbuat katibi təyin olunub

Ağ Evin yeni mətbuat katibi təyin olunub

Ağ Evin mətbuat katibi Cen Psaki vəzifəsindən ayrılıb. O, digər qurumda işə girib. Onu bu vəzifədə müavni Karin Jan-Pyer əvəz edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Jan-Pyer bu vəzifəni tutan ilk qaradərili amerikalı qadın və LGBT icmasının ilk nümayəndəsi olacaq.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl Karin Jan-Pyerin Ağ Evin mətbuat katibi olacağından qürur duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə