Fevralın 24-dən indiiyədək 6 milıyondan çox ukraynalı ölkəsini tərk edib.
SİA APA-ya istinadən xəbər verir ki, bu ststistika BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda səslənib.
Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.
BMT ehtimal edir ki, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB