Rusiya neftinə qoyulan qadağa təxirə salına bilər

Rusiya neftinə qoyulan qadağa təxirə salına bilər

Avropa İttifaqı Rusiyadan neft idxalına qoyulan qadağanı bir müddət təxirə salmaq imkanını etiraf edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

…Onların fikrincə, Rusiyanın neft sektoruna qarşı tədbirlərin tətbiqinin təxirə salınması ideyası getdikcə daha çox dəstək qazanır. Bəzi Avropa İttifaqı ölkələrində hesab edirlər ki, birliyin Macarıstanı embarqonu dəstəkləməyə razı sala bilməyəcəyi təqdirdə, indi təklif olunan sanksiyalar paketinin qalan hissəsinə diqqət yetirmək lazımdır.

Eyni zamanda, mənbələr qeyd edir ki, bu cür hərəkətlərin zəiflik əlaməti kimi qəbul oluna biləcəyini düşünən tərəflər də var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə