Böyük Britaniya hökuməti Ukraynadakı hadisələr fonunda Rusiya ilə birbaşa münaqişəyə girmək niyyətində deyil və girməyəcək də, lakin biz Kiyevə yardımı davam etdirəcəyik.
SİA “RİA Novosti”yə istinadən xəvər berir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.
“Biz Rusiya ordusu və ya Rusiya dövləti ilə birbaşa münaqişəyə girməmişik və bunu etməyəcəyik. İstəsəniz də, istəməsəniz də, hələ Rusiya işğalından əvvəl mən açıq şəkildə bildirmişdim ki, Ukrayna NATO-nun üzvü olmadığı üçün biz qoşunlarımızı göndərib döyüşməyəcəyik”, – deyə o bəyan edib.
O əlavə edib ki, müttəfiqlər yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Ukraynaya özünümüdafiə üçün yardım göstərirlər, çünki Ukraynanın özünümüdafiə hüququ var.
Bu arada Rusiya tərəfi iddia edir ki, guya qeyri-rəsmi məlumatlara görə, Ukrayna qoşunlarına rəhbərlik həm britaniyalı zabitlərin, həm də NATO-nun digər ölkələrinin hərbi mütəxəssislərinin birbaşa iştirakı ilə həyata keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB