Müxalifətin təzyiqləri və hökumət əleyhinə layihələr fonunda istefa verən Şri-Lankanın Baş naziri Mahinda Rajapaksın ölkədən çıxışına qadağa qoyulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Adaderana” nəşri məlumat yayıb.
Qeyd olunur ki, belə bir qərar mayın 9-da baş nazirin Kolombodakı iqamətgahı yaxınlığında hökumət tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmaların araşdırılması ilə bağlıdır.
Bu toqquşmalar zamanı, son məlumatlara görə, 9 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
Bundan əvvəl Şri-Lankanın baş naziri Mahinda Rajapaksa ölkədəki iqtisadi böhran və etirazlar fonunda prezident Qotabaya Rajapaksa istefa məktubu göndərib.
Ölkə başçısı müvafiq petisiyanı imzalayıb. Mayın 9-da Şri-Lankanın paytaxtının bir neçə bölgəsində toqquşmaların başlamasından sonra ən azı 141 nəfərin Kolombo Milli Xəstəxanasına tibbi yardım üçün müraciət etdiyi bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB