Vaşinqton istənilən ölkənin NATO-ya daxil olmaq təşəbbüsünü dəstəkləyir.
SİA APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki Ukraynanın Alyansa qoşulmaq ehtimalı barədə suala cavabında bildirib.
Finlandiya və İsveçnin Alyansa üzvlüyü məsələsinə toxunan Psaki bildirib ki, Vaşinqon NATO-nun açıq qapılar siyasətini dəstəkləyir.
Psaki əlavə edib ki, Alyansa qoşulmaq istəyən ölkələr müəyyən kriteriyalara cavab verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB