Türkiyə Ordusu 21 terrorçunu zərərsizləşdirib

Türkiyə Ordusu 21 terrorçunu zərərsizləşdirib

PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb. Nəticədə yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Türkiyə Ordusunun hücuma qarşı gördüyü cavab tədbirləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə