Amerika Birləşmiş Ştatlarının Kentukki ştatından olan konqresmen Rend Paul Konqresin yuxarı palatasının Ukraynaya əlavə 40 milyard dollar yardım ayrılması haqqında qanun layihəsinin qəbul edilməsinə mane olub.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, konqresmen imtinasını dövlət xərcləri, dövlət borcu və inflyasiyanın artması kontekstində ölkədə yarana biləcək yüksək risklərlə izah edib.
“Biz ABŞ iqtisadiyyatını məhv etməklə Ukraynanı xilas edə bilmərik”..
Rus saytının yazdığına görə, bu sözləri Rend Paul bildirib.
Konqresmenin fikrincə, Konqres belə bir təşəbbüsün qəbul ediləcəyi təqdirdə dövlət xəzinəsinin çəkəcəyi xərcləri diqqətlə ölçməlidir. Paulun sözlərinə görə, bu gün ABŞ üçün ən böyük təhlükə milli borc, inflyasiya və dolların çöküşüdür. Konqresmenə görə, mövcud şəraitdə Birləşmiş Ştatlar “dünyanın jandarmı” rolunu oynaya bilməz”. O, həmçinin qanun layihəsinə dəyişiklik təşəbbüsü ilə də çıxış etməyə çalışıb. Onun ehtimalına görə, bu dəyişiklik Ukraynaya maliyyənin ayrılmasına federal nəzarət etməyə də imkan verəcək.
Təklif Senat çoxluğunun lideri Çak Şumer tərəfindən rədd edilib.
Xatırladaq ki, çərşənbə axşamı Nümayəndələr Palatası Ukraynaya əlavə yardım paketinin ayrılmasını təsdiqləyərək qanun layihəsini səsvermə üçün Senata göndərib.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentində qeyd edildiyi kimi, Vaşinqton böhranın tezliklə həllinə ümid edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB