Mövlud Çavuşoğlu DEAŞ-la mübarizә iclasına qatılıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu mayın 11-dә Amerika Birlәşmiş Ştatları rәhbәrliyindә Mәrakeşin Mәrakeş şәhәrindә tәşkil edilәn DEAŞ ilә Mübarizә Beynәlxalq Koalisiya Nazirlәri iclasına qatılıb.
Mövlud Çavuşoğlu DEAŞ-la mübarizә iclasına qatılıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu mayın 11-dә Amerika Birlәşmiş Ştatları rәhbәrliyindә Mәrakeşin Mәrakeş şәhәrindә tәşkil edilәn DEAŞ ilә Mübarizә Beynәlxalq Koalisiya Nazirlәri iclasına qatılıb. İclasda çıxış edәn Mövlud Çavuşoğlu Türkiyәnin bütün terror tәşkilatlarına qarşı apardığı mübarizә ilә bağlı mәlumat verib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi internet sәhifәsindә paylaşım edib. Mövlud Çavuşoğlu paylaşımında bu ifadәlәrә yer verib: ‘‘Ölkәmizin DEAŞ daxil olmaqla bütün terror tәşkilatlarına qarşı apardığı amansız mübarizә ilә bağlı mәlumat verdim’’.

PKK/YPG kimi terror tәşkilatları vasitәsilә DEAŞ-la mübarizәnin mümkün olmadığını ifadә edәn Mövlud Çavuşoğlu deyib: ‘‘PKK/YPG kimi terror tәşkilatları vasitәsilә DEAŞ-la mübarizәnin mümkün olmadığını vurğuladıq’’.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu Mәrakeşdә İspaniya xarici işlәr naziri Xose Manuel Albares ilә ikitәrәfli görüş keçirib. Görüşdә NATO-nun Madriddәki zirvәsinin hazırlıqları, iki ölkә arasındakı münasibәtlәr vә Ukraynadakı son vәziyyәt müzakirә olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə