"Əlillər üçün 27 min 259 idman əlati istifadəyə veriləcək"

"Əlillər üçün 27 min 259 idman əlati istifadəyə veriləcək"

Prezident Rəcəb Tayyib Ərdoğan əlil vətəndaşların arzularını reallaşdıra bilməsi üçün heç bir fədakarlıqdan qaçmadıqlarını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Prezident Ərdoğan paytaxt Ankaradakı Prezident İqaməgahında Xüsusi Təhsil Məktəblərinə İdman Avadanlıqlarının Paylanması Mərasimində çıxış edib.

Çıxışının əvvəlində bütün əlil vətəndaşları əlillər həftəsi münasibətilə təbrik edən Ərdoğan əlillərin arzularını həyata keçirə bilmələri üçün heç bir fədakarlıqdan imtina etməyəcəklərini vurğulayıb.

Əlil vətəndaşların istifadəsinə verilməsi üçün ölkənin hər vilayətinə 27 min 259 idman aləti göndərəcəklərini ifadə edən Ərdoğan “Beləliklə, biz minlərlə əlil şagirdin idmanla məşğul olması üçün şərait yaradacağıq” deyib.

Dövlət başçısı əlil vətəndaşların bu imkanlardan maksimum istifadə edərək həyatın bütün sahələrində, xüsusən də idmanda uğurlar qazanacağına inandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə