Təbii ki, Rusiya bununla elə-belə razılaşmayacaq...
Budur, Finlandiyanın NATO-ya daxil olmaq istəyi ilə bağlı Rusiyanın cavab tədbirləri ilə bağlı əsas siyasətçilərə xəbərdarlıq edilib: Rusiya qaz nəqlini cümə gününə, yəni mayın 13-qədər dayandıra bilər .
SİA bu barədə rus saytlarına istinad edir.
“Əsl Finlər” partiyasının parlament qrupunun sədri Ville Tavio təsdiq edib ki, Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq finlandiyalı siyasətçilərə Rusiyanın müxtəlif tədbirləri variantları barədə məlumat verilib.
Maraqlıdır ki, bundan əvvəl Finlandiyanın Şimali Atlantika Alyansına qoşulma ehtimalını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, bunun qitəni sabit və təhlükəsiz etmədiyini bildirmişdi.
Bundan əvvəl isə Finlandiyanın prezidenti və baş naziri Sauli Niinistö və Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildiriblər.
Onların birgə bəyanatında ölkələrinin alyansa daxil olmaq üçün təcili müraciət etmək lazım olduğunu bildirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB