ABŞ rəhbərliyi F-16 qırıcılarının satışı ilə bağlı Konqresə məlumat verib

ABŞ rəhbərliyi F-16 qırıcılarının satışı ilə bağlı Konqresə məlumat verib

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyinin Türkiyəyə F-16 hissələri ilə bu təyyarələrdə istifadə olunacaq bəzi raket və radar sistemlərinin satışı ilə bağlı Konqresə ilkin məlumat verdiyi bildirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

"Wall Street Journal"ın (WSJ) mövzuya yaxın ABŞ-lı səlahiyyətlilərə əsaslandırdığı xəbərinə görə, prezident Cozef Bayden rəhbərliyi Ukrayna müharibəsində oynadığı roldan sonra Türkiyəyə F-16 satışının da yolunu aça biləcək yeni silah satışı mövzusunda fəaliyyətlərini artırıb.

Buna görə, Bayden administrasiyası Türkiyəyə F-16 hissələrinin, eləcə də bu təyyarələrdə istifadə olunacaq raket və radar sistemlərinin satışı ilə bağlı konqresə layihə göndərib. Konqres liderləri bu satışa etiraz etməsələr, yaxın günlərdə Konqresə rəsmi satış bildirişinin təqdim edilməsi gözlənilir.

Rəsmilər Bayden rəhbərliyinin bu addımında Türkiyənin 24 fevraldan bəri müharibə edən Rusiya ilə Ukrayna arasında danışıqlara Türkiyənin rəhbərlik etməsi və Ukrayna ordusuna (silahlı pilotsuz uçuş aparatı) SİHA dəstəyi verməsinin təsirli olduğuna diqqət çəkib.

Bundan əlavə, səlahiyyətlilərin fikrincə, bu silah satışının Konqresdə təsdiqlənməsi Türkiyəyə 40 ədəd F-16 satışına da yolunu aça bilər.

ABŞ Dövlət Departamentindən “Wall Street Journal”a verilən açıqlamada, təklif rəsmiləşənə qədər bu məsələ ilə bağlı şərh verməyəcəyi bildirilib.

ABŞ Dövlət Departamentinin mart ayında Konqresə göndərdiyi məktubda “F-16-ların Türkiyəyə satışının ABŞ-ın milli maraqlarına uyğun olduğu” dəyərləndirməsi yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə