Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə müharibəsi ehtimalından danışıb. SİA xəbər verir ki, “NATO ölkələrinin Ukraynaya silah göndərməsi, qoşunlarını Qərb texnikasından istifadə etməyə hazırlanması, muzdlular göndərməsi və sərhədlərimizə yaxın müttəfiq ölkələrinin təlimləri NATO ilə Rusiya arasında “müvəkkil müharibə” əvəzinə birbaşa və açıq münaqişə ehtimalını artırır”, deyə Medvedev Telegram-kanalında yazıb.
O qeyd edib ki, belə münaqişə həmişə tam nüvə müharibəsinə çevrilmək riskinə malikdir. Onun fikrincə, bu, hamı üçün fəlakətli ssenari olardı.
Bundan əvvəl Pentaqon Rusiyanın nüvə arsenalının ABŞ üçün ciddi çətinliklər yaratdığını bildirmişdi.
O, həmçinin qeyd edib ki, Rusiyanın “əhəmiyyətli nüvə imkanları və Çinin nüvə potensialının genişlənməsi” fonunda ABŞ-dan “təhlükəsiz və effektiv nüvə imkanlarını” saxlamaq tələb olunur.
Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya nüvə müharibəsi mövzusu ilə oynamır: "Nüvə müharibəsinin yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB