11 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

11 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Kamerunun mərkəzi hissəsində təyyarə qəzaya uğrayıb. Təyyarədə 11 nəfər olub. Ölkənin Nəqliyyat Nazirliyinin məlumatına görə, aviadispetçerlərin təyyarə ilə əlaqəsi kəsilib, daha sonra təyyarə paytaxt Yaoundedən təxminən 150 km şimal-şərqdə yerləşən Nanqa Ebko şəhəri yaxınlığındakı meşədə tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” bu barədə Fransa mətbuatına istinadən xəbər verib.

Ölənlər haqqında məlumat verilmir.

Nazirliyin sözçüsü xilasedicilərin sərnişinləri tapmağa çalışdığını deyib.

“Camerounweb” saytının məlumatına görə, təyyarədə Kamerun Neft Nəqliyyatı Şirkətinin işçiləri olub.

Təyyarə səhər saatlarında Yaoundedən havaya qalxıb, lakin pis hava şəraiti səbəbindən paytaxtın Nsimalen hava limanına qayıdıb, sonra isə uçuş planını dəyişərək Domtaya uçub. Qeyd edək ki, bu hadisədən bir müddət əvvəl Türkiyənin Bursa şəhərində təyyarənin küçəyə çırpılaraq yanğına səbəb olduğu haqda mlumat yayılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə