Kreml Moldovadan ona olan qaz pulu borcunu qaytarmağı tələb edir...özü də qəpiyinə qədər
“Bağda ərik var idi...”

Bəs, mən “humanist bir dövlət”in, Rusiyanın bunu belə qoymayacağını deyəndə...elə bilirdiniz ki, zarafat edirəm?

Moldova bunu BMT vasitəsilə münaqişənin sülh yolu ilə həlli üçün Rusiya ordusunun Dnestryanı ərazisindən çıxarılmasını tələb edəndə düşünəydi(?).

Deyim hələ, bu, “ayaqaçdı”ya oxşayır. Ardından, necə deyərlər...Allah qorusun.

Dünyanın hər yerdə olduğu kimi, elə Moldovada da nə qədər desən rus agenti var. (...deyəsən onlara 5-ci kolon deyirlər axı) O vaxt əhalisinin əksəriyyəti elə moldovanlardan ibarət olan Dnestryanını “dövlət kimi” necə yaratdığını yadınıza salın...

Nə isə, uzatmayaq...

...Deməli, bu gün Moskva məsələ qaldırıb. Belə ki, Kreml Moldovadan ona olan qaz pulu borcunu qaytarmağı tələb edir. Özü də qəpiyinə qədər...bu dəfə ruslar demiş “skidka” filan keçmir. Bizim o kinodakı kontrabas ifaçısı kimi tələb edir: “pulumu verin!”.

Moldova prezidenti Mayya Sandu də qalıb şətin durumda.

Xanım prezident, bununla bağlı “TVR Moldova” kanalına danışarkən ölkəsinin çətin iqtisadi dövründə Moskvanı qaz puluna görə belə israrlı “olmamağa çağırıb”.(...amma kimə deyəsən?)

SİA bu barədə Rusiya saytlarına istinad edir.

“...Bu borclar 1994-cü ildən yığılıb. Bütün bu müddət ərzində onlar bizdən kompensasiya tələb etməyiblər, indi isə qazın qiymətinin bu qədər bahalaşdığı bir vaxtda... istəyirlər”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Sandu bu yanaşmanı siyasi yanaşma hesab edir. (...əslində düz də hesab edir)

Bununla yanaşı o, hazırda ölkəsinin Rusiya qazından imtina etməyə hazır olmadığını, çünki istehlakçıların Qərb istehsalçılarından daha bahalı yanacağın pulunu ödəyə bilməyəcəklərini də etiraf edib.

Qeyd edək ki, hələ ötən ay Moldovanın infrastruktur naziri Andrey Spinu ölkəsinin Rusiyanın “Qazprom”a olan borcunu ödəməyə hazır olmadığını bildirmişdi.

Məsələ bundadır ki, bu gün və ya sabah Rusiya Moldovaya satdığı qazı hər an kəsə bilər.

Yeri gəlmişkən, mayın 6-da Spinu Rusiya qazının Moldovaya nəqli dayandırılacağı təqdirdə, ölkənin ehtiyatlarının 3-4 həftəyə bəs edə biləcəyini də demişdi.

Bununla yanaşı, o əlavə edib ki, hər ayın 20-nə kimi “Moldovaqaz” “Qazprom”la növbəti ay üçün qaz həcmlərini müzakirə edir.

...İnanın ki, mən bunu bizdə olan o “bağda ərik var idi...” məsəlinə bənzədirəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə