‘‘Türkiyә ilә dialoq aparmaq istәyirik’’

‘‘Türkiyә ilә dialoq aparmaq istәyirik’’

Yunanıstan prezidenti Katerina Sakelaropulu ölkəsinin Türkiyə ilə dialoq aparmasının tərəfdarı olduğunu bəyan edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Yunanıstan dövlət telekanalı ERT-yə müsahibə verən Sakelaropulu beynəlxalq hadisələr və Yunanıstanın xarici siyasəti ilə yanaşı daxili məsələləri qiymәtlәndirib.

Türkiyə və Yunanıstanın iki qonşu ölkə olduğunu vurğulayan Sakelaropulu deyib: ‘‘Sülh və əmin-amanlıq dövrlərindən keçdik. Qonşuların bir-birinə ehtiyacı var. Bu yaxınlarda Meriçdə və Egeydə gördüyümüz kimi çәtin günlərimiz dә oldu. Düşünürəm ki, Yunanıstan dialoq yaratmaq istәdiyini yaxşı ifadә edir. Biz dialoq aparmaq istəyirik. Qonşularımızla dialoqumuz olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə