Ev yox, evin yaxınlıqdakı qamışlıq yanır…

Ev yox, evin yaxınlıqdakı qamışlıq yanır…

Ukraynanın Belqorod vilayətinin Belqorod rayonunun Soloxi kəndini atəşə tutması nəticəsində 1 nəfər təcili yardım maşınında ölüb, 3 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.

“…Atışmadan sonra ən çətin vəziyyət” deyən Qladkov kəndin başçısı ilə də əlaqə saxladığını əlavə edib.

Qladkovun sözlərinə görə, atəş nəticəsində bir ev qismən dağılıb, yanan ev olmasa da, amma qəsəbədən kənarda bitən qamışlıqda tüstü müşahidə edilməkdədir.
Qubernatorun sözlərinə görə, artıq yanğınsöndürənlər hadisə yerinə gəlib.

Bundan əvvəl Qladkov regionda terror təhlükəsinin “sarı” səviyyəsinin uzadıldığını və bunun mayın 25-dək qüvvədə olacağını bildirmişdi.

Rusların iddiasıns görə, Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd kəndləri fevralın 24-dən bəri dəfələrlə Ukrayna tərəfdən atəşə tutulub.

Belə ki, aprelin 25-də vilayətin Nexoteevka və Juravlevka kəndlərinin Ukrayna tərəfdən atəşə tutulması nəticəsində iki nəfər xəsarət alıb.

Aprelin 26-na keçən gecə Qrayvoron şəhər rayonunun Qolovchino kəndi atəşə tutuması nəticəsində bir neçə qeyri-yaşayış binası və ondan çox evə ziyan dəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə