Amerika Birləşmiş Ştatları Əfqanıstanda qadınlara qoyulan bəzi qadağalardan geri addım atmasa, Talibana qarşı təzyiqləri artıracağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Taliban qərarları təkbaşına ləğv etməsə, onlar barədə tədbir görəcəklər. Əfqanıstan Mərkəzi Bankının ABŞ-da dondurulmuş 7 milyard dolları olduğu bildirilib.
Qeyd edək ki, Əfqanıstanı 2021-ci ilə avqust ayından etibarən idarə edən Taliban Qadınlar Nazirliyini ləğv edib.
Qadınların kişi qohumları olmadan 72 kilometrdən artıq məsafə qət etməsi qadağan edilib, qadın aktyorların rol aldığı serial və teatr səhnələrinin yayımlanmaması tələb edilib. Həmçinin ölkədə qızlar məktəbə gedə bilmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB