Kubada oteldə partlayışda ölənlərin sayı 43-ə çatıb

Kubada oteldə partlayışda ölənlərin sayı 43-ə çatıb

Kubanın paytaxtı Havana şəhərindəki “Saratoqa” otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

SİA xəbər verir ki, bu barədə Kuba Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 43-ə çatıb. Ölənlər arasında dörd uşaq da var.

Son məlumatlara görə, hadisə nəticəsində 96 nəfər xəsarət alıb, onlardan 18-i hazırda xəstəxanalardadır, o cümlədən beşi azyaşlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə