Kiçik ölkənin “böyük səlahiyyətlisi”...

Kiçik ölkənin “böyük səlahiyyətlisi”...

“...Bizim ərazimizə gələn əcnəbi muzdluları cinayətkarlar hesab edirik ki, onlar qanun çərçivəsində cavab verməlidirlər. Bu, muzdluluğa, cinayətkar fəaliyyətə və müharibə qanunlarını pozmağa görə çox ciddi cəzadır”. Nə gözəl.

Bilirsiniz kim deyir bunu? “Luqansk Xalq Respublikası”nın Rusiyaya təzəcə təyinat almış “səfir”i Rodion Miroşnik.

Sən demə, Kiyev uğrunda döyüşə qatılan könüllülər cəzalandırılmalıdırlar. Niyə, Miroşnikin ehtimalına görə, çünki onlar “Rusiyanın bu ərazilərdəki haqq işinə” müdaxilə etməklə “öldürüb pul qazanmaq üçün gəliblər”.

Yadınızda olar, Miroşnik bir müddət bundan əvvəl həmən könüllülərə qiyabi olaraq “mərhəmət olmayacağını” “deyib” “xox” da gəlmişdi.

Amma nə təəssüflər ki, Miroşnikin buna nə gücü, nə də elə bir səlahiyyəti çatmırdı. Dedikləri də elə-belə...amma sən demə dedikləri “elə-belə” deyilmiş. Gördünüz necə “effekt verdi”. İndi də necə deyərlər, “böyük bir dövlətin” səlahiyyətli nümayəndəsi kmi oturub Moskvanın “göbəyində”...

Amma unudur ki, çox vaxt xalasına dayı demək istəyənlərin sonrakı aqibəti elə də yaxşı olmur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə