Paraqvayın “Ultima Hora” nəşri Kolumbiyada bal ayında olan Paraqvayın mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi prokurorunun naməlum şəxslər tərəfindən qətlə yetirildiyi barədə məlumat verib.
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Nəşr “İnterpol”un yerli bölməsinə istinadən yazır ki, xüsusi prokuror Marselo Peççi və onun həyat yoldaşı, jurnalist Klaudiya Aqilera toy tətillərini Kolumbiyanın Kartaxena şəhəri yaxınlığındakı Baru kurort adasında keçiriblər.
Cütlük adanı tərk etməyə hazırlaşarkən reaktiv xizəklərdə olan quldurlar Peççiyə atəş açıblar. Prokuror ər yerindəcə keçinib, jurnalist həyat yoldaşı isə xəsarət almayıb. Hadisədən bir neçə saat əvvəl o, hamilə olduğunu açıqlayıbmış.
Paraqvay Xarici İşlər Nazirliyi qısa bir kommünikedə ölkənin Kolumbiyadakı səfirinə insidentlə bağlı ətraflı məlumat toplamaq, həmçinin mərhumun həyat yoldaşı və Kolumbiyanın təhlükəsizlik orqanlarının rəhbərliyi ilə əlaqə saxlamaq tapşırıldığını bildirib.
Qeyd edək ki, prokuror Pecci xüsusilə böyük narkotik alveri hallarını araşdırırdı. Son aylarda o, ölkə tarixində ən böyük kəşfiyyat əməliyyatı olan “A Ultranza” ilə bağlı işlərdə iştirak edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB