Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş

Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş

Fransa və Meksika mayın 12-də Ukraynadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş ediblər.

SİA bu barədə rus saytlarına istinad edir.

“Cümə axşamı Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş Fransa və Meksika tərəfindən tələb olunub. Görüşün keçirilməsi artıq təsdiqlənib”.

“RİA Novosti” bunu BMT Təhlükəsizlik Şurasındakı mənbələrə istinadən xəbər verir.

Verilən məlumata görə, görüşün saat 10:00-a (Moskva vaxtı ilə 17:00) təyin edildiyi bildirilib.

Qeyd edək ki, bundan bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Moskva və Kiyevlə birgə humanitar təmas qrupunun yaradılmasını təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə