Macarıstanın yeni seçilmiş prezidenti Katalina Novak vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, bu ölkə tarixində seçilən ilk qadın prezidentdır.
SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər müvafiq vəzifədə olan Yanoş Ader ölkə prezidentinin rəsmi iqamətgahının açarlarını Novaka təhvil verib.
“...Bu səhər mən Şandor sarayının açarlarını Janos Aderdən aldım. Hər bir macar mənə arxalana bilər, mən də xalqımın hər bir nümayəndəsinə. Xidmətinizə görə təşəkkür edirəm, cənab Prezident”. Qeyd edək ki, bunu Katalina Novak “Twitter”də yazıb.
Xatırladaq ki, bu ilin martında Macarıstan parlamenti ailə, gənclər və beynəlxalq əlaqələr naziri Katalin Novakı ölkə prezidenti seçib.
Qeyd edək ki, onun rəqibi müxalifət koalisiyasının 80 yaşlı namizədi, iqtisadçı Piter Rona olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB