Aİ Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilməz

Aİ Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilməz

"...Avropa İttifaqı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz”.

Qeyd edək ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibəsində bildirib.

Borrell etiraf edir, “...Biz yox. Ruslar bunu qəbul etməyəcək, necə ki, biz Rusiyanı vasitəçi kimi qəbul etməyəcəyik”.

SİA xəbər verir ki, TASS onun bu fikirlərindən sitat gətirib.

Maraqlıdır ki, Borrell Çin vasitəçiliyi variantını da “Rusiyaya meyl etdiyinə görə” rədd edib.

Türkiyəni bu sahədəki fəaliyyətini, onun hər iki tərəflə yaxşı münasibətdə olduğunu təqdir edən Borrell “...ən yaxşısı, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı olardı”, -deyə əlavə edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Braziliyanın xarici işlər naziri Karlos França dövlətin vasitəçiliyini və Rusiya-Ukrayna danışıqlarında vasitəçi rolunu təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə