Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Biz daha liberal və daha demokratik konstitusiya hazırlayırıq” deyə bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Paytaxt Ankarada Türkiyə Dövlət Şurasının (Danıştay) 154-cü ildönümündə çıxış edən R.T.Ərdoğan deyib: "Biz millətimizi hazırkı çevriliş konstitusiyasından tamamilə xilas etmək üçün çalışırıq. Daha liberal və daha demokratik bir konstitusiya yaradacağıq.
Türkiyədə demək olar ki, bütün əsas qanunları demokratiya və azadlığı genişləndirəcək şəkildə yeniləmişik. Ümid edirəm, biz öz təşəbbüslərimizlə məhkəmə sistemini daha da irəli aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB