Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Ukrayna ətrafında yaranmış hazırkı vəziyyətdə Moskva ilə danışıqlardan çox, Kiyevin dəstəyini konstruktiv rol hesab etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, ABŞ administrasiyasının niyə Rusiya tərəfi ilə birbaşa danışıqlar aparmadığı sualına cavab verib.
Beləliklə o deyib ki, bizim indi ən konstruktiv hesab etdiyimiz rolumuz ukraynalıları danışıqlar masası arxasında, eləcə də hərbi cəhətdən dəstəkləməyə davam etməkdir.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns ABŞ kəşfiyyatının Ukrayna böhranının həlli üçün hələlik “məqbul danışıqlar yolu” görmədiyini bildirmişdi.
...Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə Birləşmiş Ştatların Ukraynadakı münaqişəni “ən alçaq üsullarla” uzatdığını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB