Çərşənbə axşamı Ukraynanın qaz nəqli sistemi operatoru işğal olunmuş ərazidə yerləşən “Soxranovka” qazölçmə stansiyası və “Novopskov” sərhəd kompressor stansiyası vasitəsilə qazın daha sonrakı nəqlini qeyri-mümkün edən fors-major halların başlandığını elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vəbəri “UNN” saytı yayıb.
Belə ki, “UNN”-nun məlumatında deyilir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində bir sıra qaz nəqli sistemi obyektləri Rusiya qoşunlarının və işğal administrasiyasının nəzarətində olan ərazidə yerləşir.
Verilən məlumata görə hazırda Ukraynanın qaz nəqli sistemi operatoru “Novopskov” CS və bu ərazilərdə yerləşən digər aktivlər üzərində operativ və texnoloji nəzarəti həyata keçirə bilmir.
Bundan əlavə, Ukrayna tərəfinin dediyinə görə, rus hərbçilərinin texnoloji proseslərə müdaxiləsi, qaz nəqli sistemi qurğularının iş rejimlərinin dəyişdirmə cəhdi, o cümlədən qazın tranzit axınından icazəsiz çıxarılması qaz nəqlinin sabitliyini və təhlükəsizliyini təhlükə altına qoyub.
Qeyd edək ki, “Novopskov CS” Ukrayna QTS-nin Luqansk vilayətindəki kompressor stansiyalarından birincisidir ki, onun vasitəsilə qazın demək olar ki, üçdə biri (gündə 32,6 milyon kubmetrə qədər) Rusiyadan Avropaya tranzit edilir.
"Bu hərəkətlər, mövcud tranzit müqaviləsinə uyğun olaraq, "Soxranovka" GIS-in qovşağında, habelə "Novopskov" sərhəd kompressor stansiyasında öhdəliklərin yerinə yetirilməsi istisna olmaqla, fors-major hallardır.
Saytın yazdığına görə, hazırda qaz nəqli sistemi Ukrayna operatorunun nəzarətində deyil.
Buna görə də baş verənləri nəzərə alan Ukrayna tərəfi bildirir ki, 11 may 2022-ci il saat 07:00-dan “Soxranivka” qovşağının fiziki məntəqəsində Ukraynanın qaz nəqli sistemi daha qaz qəbul etməyəcək.
Ukrayna tərəfinin dediyinə görə, rus silahlılarının hərəkətləri barədə “Qazprom”a dəfələrlə məlumat verib, onların qaz nəqli sistemi obyektlərinə müdaxiləsinin dayandırılması tələb edilsə də, lakin bu müraciətlərə hələ ki, qarşı tərəfdən məhəl qoyulmayıb.\
Xatırladaq ki, hələ mart ayında “Naftoqaz Ukrainı” qaz nəqli sisteminin rəhbəri Yuri Vitrenko Rusiyanın müdaxiləsinə baxmayaraq, təbii qazının Ukrayna vasitəsilə Avropaya çatdırılacağına söz vermişdi.
...İndi necə deyərlər, ruslar günahı özlərində görsünlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB