‘‘Ukraynada çox sayda mәktәb, xәstәxana vә ibadәt mәkanı zәrәr görüb’’

‘‘Ukraynada çox sayda mәktәb, xәstәxana vә ibadәt mәkanı zәrәr görüb’’

Birlәşmiş Millәtlәr Tәşkilatı Ukraynada çox sayda mәktәb, xәstәxana vә ibadәt mәkanlarının zәrәr gördüyünü vә ya dağıldığını açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

BMT Müşahidә Missiyasının rәhbәri Matilda Boqner BMT-nin İsveçrәnin Cenevrә şәhәrindәki ofisindә tәşkil etdiyi mәtbuat konfransında Ukraynadakı vәziyyәti qiymәtlәndirib.

Keçәn hәftә Ukraynaya etdiyi sәfәr çәrçivәsindә paytaxt Kiyev vә Çernihivin 14 bölgәsini ziyarәt etdiyini ifadә edәn Boqner Rusiya qoşunlarının martın sonunadәk davam edәn işğalından sonra buradakı yaşayış mәntәqәlәrinin xarabalığa çevrildiyini vә mülki vәtәndaşların çox çәtin vәziyyәtdә olduğunu vurğulayıb.

Rusiyanın hücum etdiyi şәhәrlәrdәki mülki vәtәndaşları su vә әrqaz qıtlığı ilә üzlәşdiklәrini bildirәn Boqner bu bölgәlәrdәki mülki infrastrukturun dağılması sәbәbindәn sәhiyyә xidmәtlәrinin dә çәtinlәşdiyini qeyd edib.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına әsasәn, fevralın 24-dәn etibarәn Ukraynada 3 381 mülki vәtәndaş hәyatını itirib, 3 680 mülki vәtәndaş da xәsarәt alıb.

Boqner Ukrayna miqyasında müsәlman, xistian vә yәhudilәrә mәxsus 50 ibadәt mәkanlarının toqquşmalar sәbәbindәn yararsız hala düşdüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə